ADPU-nun ERASMUS+ proqramı çərçivəsində tərəfdaş olduğu “Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsinin menecerləri ilə növbəti görüş keçirilib

ADPU-nun ERASMUS+ proqramı çərçivəsində tərəfdaş olduğu “Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsinin menecerləri ilə növbəti görüş keçirilib ADPU-nun ERASMUS+ proqramı çərçivəsində tərəfdaş olduğu Bakı Biznes Universitetinin koordinatorluğu ilə “Rektorlar Konfransının yaradılması” (ECAR) layihəsinin növbəti görüşü keçirilib.
13 iyul 2021-ci il tarixdə baş tutan görüşdə Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə yanaşı, layihənin koordinatoru Bakı Biznes Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texnologiya Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Xəzər Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti və Odlar Yurdu Universiteti olmaqla 15 yerli ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
Qeyd edək ki, 3 illik layihənin məqsədi yerli ali təhsil müəssisələri arasında geniş miqyaslı əməkdaşılığın, o cümlədən ölkədə ümumi prioritetlər üzərində düşünən və fəaliyyət göstərən Rektorlar Konfransının yaradılmasıdır.
Görüşdə layihənin işçi paketləri üzrə yerinə yetirilmiş tapşırıqlarının nəticələrini menecerlərlə paylaşan layihənin koordinatoru Gülşən Bayramova növbəti mərhələlərdə universitetlərin öhdəsinə düşən vəzifə və tapşırıqlar barədə məlumat verib. Həmçinin, ali təhsil müəssisələrinin nümayəndələri layihə çərçivəsində qarşıda duran məsələlər və onları maraqlandıran sualları müzakirə edib.

Tehsil-press.az


Oxşar xəbərlər