Tələbələr Xalq Təhsili Muzeyinə ekskursiya ediblər

Tələbələr Xalq Təhsili Muzeyinə ekskursiya ediblər Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə, müəllim və əməkdaşlarından ibarət qrup Xalq Təhsili Muzeyinə ekskursiya edib.
Xalq Təhsili Muzeyi 1932-ci ildə yaradılıb. Burada maarifçilər, elm xadimləri, ziyalılar, qabaqcıl müəllimlər, təhsil müəssisələri haqqında sənəd və materiallar, tədris prosesini əks etdirən fotoşəkillər və digər eksponatlar nümayiş olunur.
Tələbələr, həmçinin ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafında tarixi xidmətləri, Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti, bu sahəyə göstərilən diqqət və qayğını əks etdirən stendlərlə tanış olublar.
Ekskursiya zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər