Fevral ayında pensiyaların indeksləşdirilərək, 9,3% artımla verilməsinin dərhal ardından ərzaq mağazalarında bahalaşma müşahidə edilir.Bahalaşma artıq çörək və digər qida məhsullarında da özünü göstərir.
Standart zavod çörəyi hazırda 65 qəpik dəyərini qorusa da, digər təklif olunan bir çox çeşiddə qiymət artımı var.
Hazırda qeydə aldığımız artımlardan bəziləri bunlardır:
1. Ev yuxası N1 - 1.30 manat (1,20 manat idi)
2. Yoğurt (şokoladlı) - 2,65 manat (2,54 manat idi)
3. Holland pendiri (cizb) - 4.75 manat (4,50 manat idi)
4. Möcüzə (qarğıdalı) yağı - 7.35 (ötən ay 5,90 manat idi)
5. Qənd (tək, sarma) - 2.05 manat (1,93 manat idi)
6. N1 Kəpəkli çörək - 1,15 manat (1 manat idi) və s.
Bahalaşma eyni zamanda meyvə-tərəvəzdə də özünü göstərir.
Tehsil-press.az







