“Biz sülh prosesini dəstəkləyirik” - Çavuşoğlu

“Biz sülh prosesini dəstəkləyirik” - Çavuşoğlu “Bizim də, Azərbaycanın da bu məsələdə səmimi olduğunu bir daha söyləmək istərdim. Bu istiqamətdə hörmətli Prezidentimizin Paşinyanla həyata keçirdiyi görüş (Praqa görüşü) son dərəcə faydalı olmuşdur”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Qətər Ali Strateji Komitəsinin səkkizinci toplantısı çərçivəsində qətərli həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Ətraflı
Nazir Mövlud Çavuşoğlu hərtərəfli sülh anlaşması istiqamətində müzakirələrin davam etdiyini, Türkiyə ilə Ermənistan arasında münasibətlərə dair hər hansı bir anlaşmanın müzakirə olunmadığını, yalnız iki ölkə arasında normallaşma prosesinə dair addımların atıldığını, bu məqsədlə də xüsusi nümayəndələrin artıq dörd dəfə bir araya gəldiyini diqqətə çatdırıb:
"Cənubi Qafqazın sabitliyi və davamlı sülhü üçün əsas maneə indiyədək Ermənistan ilə Azərbaycan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmamasıdır. Biz bu prosesi dəstəkləyir və bütün bu məsələləri Azərbaycanla koordinasiya edirik. Bu, təbiidir və yaddan çıxmamalıdır".

Tehsil-press.az

Oxşar xəbərlər