Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycanda insan həyatı və sağlamlığına dəyən zərər əsasında potensial itkilər” mövzusunda elmi-tədqiqat işinin təqdimatı keçirilib.
UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) yerinə yetirdiyi elmi-tədqiqat işinin təqdimatında universitetin professor-müəllim heyəti, tədqiqatçılar, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Prorektor Sakit Yaqubov torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu diqqətə çatdırıb. S.Yaqubov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmizdə insan həyatı və sağlamlığına böyük zərərin dəydiyini bildirərək, bu itkilərin qiymətləndirilməsi ilə bağlı İAETİ-nin apardığı araşdırmaların nəticələrinin açıqlanacağını qeyd edib.
Tədbirdə mövzuya dair metodoloji yanaşmalar öyrənilib və seçilmiş metodologiya əsasında aparılmış qiymətləndirmələr təqdim olunub.
İAETİ-nin böyük elmi işçisi dosent Fərhad Mikayılov Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ölkəmizdə insan həyatı və sağlamlığına dəyən zərərin qiymətləndirilməsində aparılan işlərdən danışıb. Həmçinin işğala məruz qalmış ölkənin əmək bazarında mövcud durum əsasında qiymətləndirmə barədə də danışıb. Fərhad Mikayılov tədqiqat işinin nəticəsi olaraq bildirib ki, Ermənistan-Azərbaycan hərbi münaqişəsi zamanı mərhələlər üzrə həlak olanların sayı 24041, yaralananların sayı 55410, itkin düşənlərin sayı isə 3890-dır. Ermənistan tərəfindən Azərbaycan vətəndaşlarının həyat və sağlamlığına vurulan zərərin ümumi məbləği 2020-ci ilin sonuna olan qiymətləndirmə məlumatlarına (orta aylıq pensiya, şəhid ailələrinə verilən sosial müavinətlər, manatın məzənnəsi və s.) əsasən 54,7 milyard manata bərabər olub. Məcburi köçkünlər üçün kommunal ödənişlərini 2020-ci ilin göstəriciləri əsasında bu zərərə əlavə etmiş olsaq, onda ümumi insan həyatına dəymiş zərərin həcmi 64 milyard manata bərabər olacaqdır.
Sonda elmi-tədqiqat işi ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb və müzakirələr aparılıb.
Tehsil-press.az