UNEC-də həftənin kitabı: “İşğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsinin metodoloji əsasları”

UNEC-də həftənin kitabı: “İşğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsinin metodoloji əsasları” Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kitabxanası “Həftənin kitabı” layihəsi üzrə bu dəfə “İşğal nəticəsində dəymiş zərərin qiymətləndirilməsinin metodoloji əsasları” kitabını təqdim edir.
Kitabın müəllifləri UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun əməkdaşları professor Rövşən Quliyev, iqtisad üzrə fəlsəfə doktoru Fərhad Mikayılov və elmi işçi Nazim Məmmədovdur.
Monoqrafiyada işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması zamanı dəymiş zərərin qiymətləndirilməsi metodologiyaları öz əksini tapıb. Həmçinin kitabda hər bir sahənin fərdi xüsusiyyətləri nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodları işlənilib, nümunələr əsasında açıqlamalar verilib.
Nəşri UNEC-in bütün tədris binalarında olan kitabxanalarından əldə etmək mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər