UNEC: Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri barədə elmi-tədqiqat işinin təqdimatı olacaq

UNEC: Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri barədə elmi-tədqiqat işinin təqdimatı olacaq Oktyabrın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanda insan həyatı və sağlamlığına dəyən zərər əsasında potensial itkilər” mövzusunda İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun yerinə yetirdiyi elmi-tədqiqat işinin təqdimat mərasimi keçiriləcək.
“Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanda insan həyatı və sağlamlığına dəyən zərər əsasında potensial itkilər”ə dair metodoloji yanaşmalar öyrənilib və seçilmiş metodologiya əsasında aparılmış qiymətləndirmələr tədbirdə təqdim olunacaq.
Təqdimat mərasimində UNEC-in nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun böyük elmi işçisi iqtisadiyyat üzrə fəlsəfə doktoru dosent Fərhad Mikayılov mövzu ilə bağlı məruzə edəcək.
Tədbirə müvafiq dövlət qurumlarının nümayəndələri, tədqiqatçılar və bütün maraqlanan mütəxəssislər dəvətlidir.

Tehsil-press.az


Oxşar xəbərlər