UNEC-də açıq dərs: son onilliyin radikal yenilikləri

UNEC-də açıq dərs: son onilliyin radikal yenilikləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) 10 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə tədris və təlim texnologiyaları üzrə prorektor, dosent Anar Rzayev İAETİ-nin əməkdaşlarını yubiley münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Prorektor institutun fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən və “UNEC-100 İnkişaf Strategiya”sı çərçivəsində qarşıda duran vəzifələrdən danışıb.
İAETİ-nin direktoru, professor Yadulla Həsənli bildirib ki, 10 illik yubiley tədbiri universitetin rektoru, professor Ədalət Muradovun imzaladığı tədbirlər planına əsasən təşkil olunub. Professor yubileylə bağlı silsilə tədbirlərin keçiriləcəyinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Sonra İAETİ-nin qeyri-neft sektorunun inkişafı şöbəsinin müdiri, dosent Murad Bağırzadə “Verilənlər elmi: son onilliyin radikal yenilikləri (təlim və tədqiqatlarda necə tətbiq etməli?)” mövzusunda açıq dərs keçib. M.Bağırzadə yeni sahə kimi “Data Science” elminin əsas anlayışlarından danışıb. Həmçinin elmi tədqiqatlarda və tədrisdə onun tətbiqi perspektivlərini açıqlayıb.
Məruzənin yekununda müzakirələr aparılıb.
Universitetin İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev sahə üzrə yeni mütəxəssislərin hazırlanması üçün İAETİ ilə əməkdaşlıq etmək təklifi irəli sürüb. UNEC-in Biznes Mərkəzinin direktoru Asəf Əsədov isə intellektual texnologiyaların ölkənin vergi sistemində tətbiqi perspektivindən danışaraq, İAETİ-nin mütəxəssislərini bu istiqamətdə əməkdaşlığa dəvət edib.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər