ADA Universitetində Aİ-nin Cənubi Qafqaza və Şərq tərəfdaşlığı ilə bağlı gələcək yanaşması müzakirə edilib

ADA Universitetində Aİ-nin Cənubi Qafqaza və Şərq tərəfdaşlığı ilə bağlı gələcək yanaşması müzakirə edilib ADA Universiteti, İnkişaf və Diplomatiya İnstitutu, Çexiya səfirliyi və Çexiyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyinin birgə tərəfdaşlığı ilə “Aİ-nin Cənubi Qafqaza və Şərq tərəfdaşlığına qarşı gələcək yanaşması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Praqada keçirilən birinci Avropa Siyasi Birliyinin Zirvə Toplantısı fonunda Cənubi Qafqazla bağlı Aİ-nin, xüsusilə də Aİ-yə sədrlik edən Çexiyanın qarşısında dayanan çağırışlar və imkanlar müzakirə edilib.
ADA Universitetinin prorektoru və İnkişaf və Diplomatiya İnstitutunun direktoru Dr. Fariz İsmayılzadə qonaqları salamlayaraq qeyd edib ki, müzakirələrin əsas məqsədi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Praqaya səfəri zamanı müzakirə edilən məsələlərdən irəli gələn mövzuların müzakirəsidir.
Çex Respublikasının ölkəmizdəki səfirliyinin missiya rəhbərinin müavini Daniel Putik
miqrasiya, təhlükəsizlik, enerji, iqtisadi davamlılıq və demokratik təsisatlar da daxil olmaqla Aİ-nin 5 strateji istiqamət üzrə fəaliyyətindən bəhs edib.
Beynəlxalq məsələlər üzrə Assosasiyanın tədqiqatçısı Pavel Havlicek “İnkişaf, Sabitlik və Təhlükəsizlik” konsepti çərçivəsində əməkdaşlığın vacibliyinə toxunaraq, xüsusilə hazırkı dövrdə Avropanın enerji təminatında Azərbaycanın rolunun artdığını vurğulayıb.
İnkişaf və Diplomatiya İnstitutunun “Tədqiqat, analiz və nəşrlər” bölməsinin direktoru Damyan Krnceviç Mişkoviç bildirib ki, Çexiya Aİ-yə sədrlik etdiyi müddət ərzində Azərbaycanla yeni Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi üzrə danışıqlarda davamlılıq və çeviklik nümayiş etdirərək, enerji memorandumunun şərtlərini yerinə yetirərək, Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesinin müxtəlif aspektlərini dəstəkləyərək Aİ-Azərbaycan münasibətlərinin inkişsfını dəstəkləyə bilər.
Çıxışçılar minatmizləmə prosesində və eyni zamanda işğaldan azad edilən ərazilərin bərpa və yenidənqurmasında Azərbaycanın beynəlxalq dəstəyə ehtiyacının olduğunu qeyd ediblər. Tədbir çərçivəsində Azərbaycan və Çexiya arasında son dövrdə artan ikitərəfli əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin əməkdaşlarının və tələbələrin iştirakı ilə keçirilən müzakirə sual-cavab sessiyası ilə başa çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər