
Ustad dərsində professor Mübariz Yusibov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən 2022- ci il “Şuşa ili” kimi elan olunmuşdur.
Ustad dərsi zamanı Şuşa, Qarabağ, Zəngəzur, Zəngilan, Hadrud adlarının tarixi, mənşəyi və etimologiyası barədə geniş məlumat verilmişdir. Diqqətə çatdırılmışdır ki, Şuşa şəhəri 1992-ci il mayın 8–də mənfur erməni işğalçıları tərəfindən zəbt olunmuş, 2020-ci il noyabrın 8-də isə rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə düşməndən azad edilmişdir. 1751-1752-ci ildə şəhərin Pənahəli xan tərəfindən salınaraq Pənahabad adlandırılması, sonralar isə bu adın Şuşa ilə əvəz olunmasından da söhbət açılmışdır. Qeyd edilmişdir ki, Şuşa adı qədim azərbaycanlıların etnik dünya görüşü ilə bağlı addır.
Dərsdə Qarabağ, Zəngəzur, Zəngilan və Hadrud etimoloji baxımından təhlil olunmuş, həmin yer adlarının tarixən Azərbaycan mənşəli olduğu və sonradan dəyişdirildiyi barədə təsdiqedici faktlar göstərilmişdir.
Dərsin sonunda şagirdlərin maraqlandıran suallara məruzəçi tərəfindən ətraflı cavablandırılmışdır.
Tehsil-press.az