Azərbaycan Universitetində magistrant, doktorant və dissertantlar üçün ustad dərsi keçiriləcək
Azərbaycan Universiteti rektorunun məsləhətçisi, professor Paul Gibbs tərəfindən magistrant, doktorant və dissertantlar üçün “Tədqiqat metodları” mövzusunda ustad dərsi keçiriləcək.
Ustad dərsi oktyabrın 3-də ali məktəbin Təlim və Tədris Mərkəzində təşkil olunacaq.
İngilis dilində aparılacaq ustad dərsində iştirak ödənişsizdir. İştirak etmək istəyənlər (+99412) 431 41 12 (136) nömrəli telefonla əlaqə saxlayaraq sentyabrın 3-dək qeydiyyatdan keçə bilərlər.
Mətbuat Xidməti
- Baxış: 8820
Xəbərin tarixi: 20.09.2019 / 12:50
-
Oxşar xəbərlər