
Anar Rzayev qurultaydan sonra jurnalistlərə açıqlamasında mətbuat nümayəndələrindən AYB-yə düşmən münasibət bəsləməməyi xahiş edib:
“Xahiş edirəm, qərəzli yazılar yazmayın. Hər şeyi tərsinə yozmayın. Bir az obyektiv olun. Mənim sonuncu 5 illiyimdir. Bizim bu mətbuatın zəhərlərini uda-uda bundan sonra da yaşaya bilsəm, onda 5 il də yaşaya biləcəm. 5 ildən sonra kimi istəyirsiniz, onu da seçərsiniz”, - deyə sədr bildirib.
Tehsil-press.az