
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
O qeyd edib ki, inflyasiya hər bir vətəndaşın gəlirlərini azaldan faktordur: “Hökumət maraqlıdır ki, inflyasiyanın həddi azalsın. Yüksək inflyasiya əhalinin alıcılıq qabiliyyətinin və real gəlirlərinin azaldılmasını şərtləndirən amildir.
Hazırda dünya bazarlarında neft-qaz qiymətləri ilə bağlı münbit şərait var. Neft-qaz satışından əldə olunan gəlirlər daha çox xərclərin qarşılanmasına yönəlir. Ona görə də biz xərclərin daha da artırılmasına ehtiyatlı yanaşmalıyıq”.
Tehsil-press.az