İsrail Rusiyaya xəbərdarlıq etdi

İsrail Rusiyaya xəbərdarlıq etdi İsrail İrandan əldə etdiyi pilotsuz uçuş aparatlarını Ukrayna ərazisində istifadə etməsinə görə Rusiyaya öz etirazını bildirib.
Bu barədə məlumatı İsrailin Milli Təhlükəsizlik Şurasının rəhbəri Eyal Hulata açıqlayıb.
Məlumata görə, Hulata Rusiyanın xarici işlər nazirinin müavini Mixail Boqdanov ilə görüş keçirib.
İsrail tərəfinin məlumatına görə, İran Rusiyaya artıq verdiyi “Shahed-136” dronlarına əlavə olaraq ölkəyə ballistik raketlər verməyə hazırlaşır. O, İranın bu addımının qarşısının alınmadığı təqdirdə nəticələr barədə xəbərdarlıq edib.
“İranın səylərinin qarşısı alınmazsa, Rusiya da, həmçinin Ukrayna ərazisində öz istehsalı olan yüksəkdəqiqlikli raketlər yerləşdirə bilər”, - deyə məlumatda qeyd olunub.

Tehsil-press.az

Oxşar xəbərlər