Ata 8 yaşlı oğlunu ovla səhv salaraq güllələdi

Ata 8 yaşlı oğlunu ovla səhv salaraq güllələdi Rusiya sakini Tümen yaxınlığında ov edərkən 8 yaşlı oğlunu vəhşi heyvanla səhv salıb və güllələyərək öldürüb.
Faciə Tümen vilayətinin kəndlərindən birində, göl ətrafında baş verib. Ərazidə 8 yaşlı uşağın başından güllə yarası almış cəsədi tapılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, uşağın 40 yaşlı atası gölün yaxınlığında ov edərkən onun heyvan olduğunu zənn edərək silahla hədəfə atəş açıb.
Faktla bağlı hüquq-mühafizə orqanları ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb. Ata zaminə buraxılıb.

Tehsil-press.az


Oxşar xəbərlər