Alliqatorun hücum etdiyi 2 yaşlı uşağın meyiti tapıldı

Alliqatorun hücum etdiyi 2 yaşlı uşağın meyiti tapıldı Leyn Qreyvs axtarışları zamanı 5 alliqator öldürülüb.

Florida polisi "Walt Disney World" parkında alliqatorun suyun altına apardığı uşağın meyitini tapıb. Tehsil-press.az-ın məlumatına görə, vəhşi heyvanın hücumu zamanı 2 yaşlı oğlan gölün qırağında oynayırmış. Atası uşağı xilas etməyə çalışsa da bu mümkün olmayıb.
Leyn Qreyvs adlı uşağın axtarışları zamanı 5 alliqator öldürülüb. Tanınma prosesi hələ sona çatmasa da polis əmindir ki, tapılan meyit itmiş uşağa məxsusdur.

Alliqatorun hücum etdiyi 2 yaşlı uşağın meyiti tapıldı
ABŞ-da alliqator 2 yaşlı uşağı suyun altına dartdı

Hadisə ABŞ-ın Florida ştatının Orlando şəhərində baş verib. "Disney's Grand Floridian Resort & Spa" mehmanxanasının yaxınlığında yerləşən "Disney World" əyləncə parkında oynayan uşağı qəflətən sudan çıxan alliqator tutub və suyun altına aparıb. Alliqatorların parkda saxlanıldığı və ya gölə təsadüfən girdiyi hələlik məlum deyil.


Tehsil-press.az

Oxşar xəbərlər