
R.Qasımzadə bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb və Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, R.Qasımzadə AzTU-nun Energetika və avtomatika fakültəsinin proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsil alır.
AzTU-nun rektoru Vilayət Vəliyev R.Qasımzadə ilə görüşüb və onu qazandığı qələbə münasibətilə təbrik edib. Gələcək yarışlarda R.Qasımzadəyə uğurlar arzu edən rektor onu fəxri fərmanla təltif edib.
R.Qasımzadə göstərdiyi diqqətə görə rektora təşəkkür edib.
Xatırladaq ki, uşu-kunq fu üzrə Avropa çempionatında Azərbaycan komandası 12 qızıl medal qazanıb.
Tehsil-press.az