Texniki Universitetin yeni tələbə-rektoru seçilib

Texniki Universitetin yeni tələbə-rektoru seçilib Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru Şamil Nurullayevlə görüşüb.
Rektor yeni tələbə-rektoru seçkidə qalib gəlməsi münasibətilə təbrik edib. V.Vəliyev bildirib ki, AzTU-da tələbə-rektor vəzifəsi 2019-cu ildə təsis olunub. Tələbə-rektor bir il müddətinə seçilir və ona verilən səlahiyyətlər çərçivəsində təhsil alan tələbələrin maraqlarını təmsil edir. O, yeni tələbə-rektora fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, AzTU-nun yeni tələbə-rektoru Şamil Nurullayev Maşınqayırma və robototexnika fakültəsinin 3-cü kurs tələbəsidir.

Tehsil-press.az

Oxşar xəbərlər