Braziliyanın aparıcı universitetləri BDU ilə əməkdaşlıqda maraqlıdır

Braziliyanın aparıcı universitetləri BDU ilə əməkdaşlıqda maraqlıdır Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Braziliyanın Azərbaycandakı səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzla görüşüb. Görüşdə səfirə BDU-nun tarixi, akademik mühiti barədə məlumat verilib. Son illər BDU-da tədris innovativ təlim texnologiyaları əsasında qurulur, beynəlxalq akademik əlaqələr daha da inkişaf etdirilir. Dünyanın bir sıra aparıcı universitetləri ilə birgə ikili proqram əsasında mütəxəssislər hazırlanır. Rektor universitetin Tarix fakültəsində Avropa və Amerika ölkələrinin yeni və müasir tarixinin öyrənildiyini diqqətə çatdırıb, iki ölkənin elm, təhsil mühiti ilə əlaqələri daha da genişləndirmək üçün BDU-da “Braziliya otağı”nın açılmasının mümkünlüyünü bildirib. Səfir ölkəsinin aparıcı universitetlərinin BDU ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Tehsil-press.az

Oxşar xəbərlər