BDU-da Moldova universitetləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib

BDU-da Moldova universitetləri ilə əməkdaşlıq perspektivləri müzakirə edilib Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovla görüşüb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Görüşdə rektor E.Babayev BDU-da tədris və elmi fəaliyyət, son illər həyata keçirilən islahatlar prosesi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, BDU beynəlxalq əlaqələrini gündən-günə inkişaf etdirir. Müxtəlif ölkələrin qabaqcıl ali təhsil müəssisələri ilə ikili diplom proqramları, əməkdaşlıq müqavilələri imzalanır. Bu baxımdan Moldovanın ali təhsil müəssisələri ilə əlaqələrin qurulması və inkişafı da BDU-nun prioritetləri sırasına daxildir.
Səfir Qüdsi Osmanov bu il Azərbaycan-Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edildiyini və iki ölkə arasında əməkdaşlıq, dostluq münasibətlərinin olduğunu bildirib. Səfir bu münasibətləri daha da inkişaf etdirmək üçün elm və təhsil sahələri üzrə əlaqələri də intensivləşdirməyin zəruriliyini vurğulayıb. Moldova universitetlərinin BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə BDU və Moldova universitetləri arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər