
Görüşdə professor M.Babanlı universitetin fəaliyyəti, inkişaf mərhələləri, beynəlxalq əlaqələri haqqında danışıb. Rəhbərlik etdiyi ali təhsil müəssisəsində neft-qaz sahəsi ilə yanaşı iqtisadiyyat, energetika, informasiya texnologiyaları və digər ixtisaslar üzrə də mütəxəssis hazırlığı aparıldığını deyən rektor, eyni zamanda, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) barədə məlumat verib. ADNSU-nun Çin universitetləri ilə çox geniş əlaqələrinin olduğunu vurğulayan M.Babanlı Çin Neft Universiteti ilə tələbə-müəllim mübadiləsi, birgə elmi layihələrin hazırlanması və başqa istiqamətlərdə əməkdaşlığın mümkünlüyünü qeyd edib.
Professor Dong Zhao Xia təmsil etdiyi ali məktəb haqqında məlumat verib, ÇNU-nun ADNSU ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Görüşdə ADNSU ilə Çin Neft Universiteti arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə müzakirələr aparılıb.

Hikmət Əliyev