BDU və Konya Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib

BDU və Konya Texniki Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib Türkiyənin Konya Texniki Universitetinin rektoru Babür Özçelik Bakı Dövlət Universitetində (BDU) olub.
Rektor Elçin Babayev ilə keçirilən görüşdə qonağa Azərbaycanın ən böyük və qədim universiteti olan BDU, burada həyata keçirilən tədris və elmi tədqiqatlar barədə məlumat verilib. Rektor bildirib ki, təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi BDU-nun inkişaf strategiyasının əsas prioritetlərindəndir. BDU-nun rektoru qardaş Türkiyə universitetləri ilə əməkdaşlıqda, ikili diplom proqramlarının qəbulu, birgə elmi tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsində maraqlı olduğunu deyib.
Konya Texniki Universitetinin rektoru Babür Özçelik qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi universitet barədə ətraflı məlumat verib.
Görüşdə BDU və Konya Texniki Universiteti arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər