Əfqanıstanda 70-ə yaxın terrorçu məhv edildi

Əfqanıstanda 70-ə yaxın terrorçu məhv edildi Əfqanıstanın müxtəlif əyalətlərində aparılan hərbi əməliyyatlar nəticəsində son 24 saat ərzində 70-dək terrorçu məhv edilib.

“Sinxua” agentliyinin məlumatına əsasən, bu barədə Əfqanıstan Müdafiə Nazirliyindən açıqlama verilib. Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin 3 əyalətdə apardığı əməliyyat nəticəsində son 24 saatda 70-dək terrorçu, o cümlədən 11 İŞİD üzvü məhv edilib, 43-ü isə yaralanıb, - deyə məlumatda bildirilir. Əməliyyat zamanı Əfqanıstan ordusunun 4 əsgəri həlak olub. 


Tehsil-press.az

Oxşar xəbərlər