
Paytaxtda bununla bağlı hansı çətinliklər olacaq? Bu məsələnin həlli istiqamətində hansı addımlar atıla bilər?
Milli Məclisin deputatı Fazil Mustafa açıqlamasında bu sualları cavablandırıb.
“Bu məsələnin necə tənzimlənəcəyi ilə bağlı məlumat yoxdur. Lakin bu dövrdə çox böyük çətinlik olacaq. Çünki Formula-1 yarışının başlama tarixinin, eyni zamanda məktəb və ali təhsil müəssisələrində dərslərin “start” götürəcəyi günlərin üst-üstə düşməsi hər halda böyük bir sıxlıq və çətinlik yaradacaq. Mənim fikrimcə, bu böyük bir problem olarsa, dərslərin sentyabrın 20-də başlanması barəsində sərəncam da verilə bilər. Bu daha məntiqli olar. Çünki bu qədər qarmaqarışıq bir vəziyyətin yaranması həqiqətən də arzuolunan deyil”.
Tehsil-press.az