BDU-nun Elmi Kitabxanasından ötən il 655 mindən çox oxucu istifadə edib

BDU-nun Elmi Kitabxanasından ötən il 655 mindən çox oxucu istifadə edib Ali məktəb kitabxanaları arasında zəngin fonda və kataloq-kartoteka sisteminə malik olan Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası fəaliyyətini genişləndirir.
Elmi Kitabxananın fonduna ötən il müxtəlif mənbələrdən 12 min nüsxədən çox material daxil edilib. Daxil olan ədəbiyyatın 9 minə yaxın nüsxəsi çap şəklində olan kitablardan, dissertasiya, avtoreferat və jurnallardan ibarət olub.
Il ərzində kitabxanadan 655 min 125 oxucu istifadə edib. Elektron resurslardan istifadə edən oxucuların sayı 10 min nəfərdən çoxdur.
Elmi Kitabxananın oxucuları daha çox “Academic Search Premier”, “MasterFILE”, “GreenFILE”, “Library”, “İnformation Science & Technology Abstracts”, “Business Source Premier”, “eBooks” məlumat bazalarının elektron resurslarından istifadə ediblər.
Elmi Kitabxana BDU-nun professor-müəllim heyəti, gənc tədqiqatçıları və oxucularına 200 mindən çox elektron kitabı əhatə edən EBSCO eBook Akademik Kolleksiyasından üçaylıq, IEEE Xplore Rəqəmsal Kitabxanasının resurslarından biraylıq ödənişsiz istifadə imkanını təqdim edib.

Tehsil-press.az

Oxşar xəbərlər