
Türkiyənin bir çox dövlət və özəl qurumu tərəfindən hazırlanan iqtisadi, sosial və regional məlumatları özündə birləşdirən “DataTurkey” məlumat bazası BDU oxucuları üçün martın 15-dək açıq olacaq.
Sınaq müddətində “Data Turkey” məlumat bazasının resurslarına https://datatr.net/login linki vasitəsilə və ya Elmi Kitabxananın səhifəsində “Tam mətnli məlumat bazaları” bölməsindən daxil olmaq mümkündür.
İstifadə qaydaları ilə tanış olmaq üçün videolinkdən - https://www.youtube.com/watch?v=5535y9TTY8o istifadə etmək olar.
“DataTurkey”in elektron ünvanı: https://dataturkey.com.tr
BDU-nun Elmi Kitabxanası “DataTurkey” məlumat bazasının resurslarından digər ali məktəb kitabxanaları üçün Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində bir ay müddətinə ödənişsiz istifadə imkanını yaradıb.
Tehsil-press.az