Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri, tələbələri və elmi işlə məşğul olan əməkdaşları üçün “Cambridge University Press”, “Taylor & Francis” və “Wiley Online Library” elektron bazalarının resurslarından istifadə imkanları yaradılıb.
Əməkdaşlar martın 1-dən aprelin 15-dək zəngin akademik resurslara malik elektron bazalardan məhdudiyyətsiz yararlana biləcəklər. Bu bazalardan istifadə elmi araşdırmalarda və yazılan elmi məqalələrdə yüksək nəticələr eldə edilməsi üçün çox əhəmiyyətlidir.
“Cambridge University Press” elektron bazasında 390-dan çox tammətnli elmi jurnal, 3500-dən çox e-kitab, “Taylor & Francis” bazasında 2100-dən çox elmi jurnal, 120000-dən artıq elektron kitab, “Wiley Online Library” məlumat bazasında 7 milyondan artıq elmi məqalə olmaqla 1600-dən çox impakt faktorlu jurnal, 21000 e-kitab var.

UNEC-in Mətbuat Xidməti