Rusiya və Ukrayna ombudsmanları Türkiyədə görüşəcək

Rusiya və Ukrayna ombudsmanları Türkiyədə görüşəcək Yanvarın 12-14-də Rusiya və Ukrayna ombudsmanları Türkiyədə görüşməyi planlaşdırır.
Bu haqda Rusiyanın İnsan Haqları üzrə məsul şəxsi Tatyana Moskalkova jurnalistlərə açıqlamasında danışıb.
O, yanvarın 12-14-də Türkiyəyə səfər edəcəyini deyib.
Türkiyədə keçiriləcək foruma müxtəlif ölkələrdən çoxlu sayda ombudsmanın qatılacağını deyən Moskalkova, “Ukrayna tərəfi ilə görüşü planlaşdırırıq. Biz görüşün mümkünlüyünü və danışıqlarımızın mümkün aparıcı gündəliyini müzakirə edirik”, - bildirib.
Qeyd edək ki, Ukrayna parlamentinin insan haqları üzrə müvəkkili Dmitro Lubinets də Türkiyədə Rusiya tərəfi ilə görüşün planlaşdırıldığını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər