ABŞ-nin nümayəndəsi R'Bonnie Qabriel “Kainat gözəli” (“Miss Universe 2022”) beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub. 71-ci beynəlxalq müsabiqə Nyu Orleanda keçirilib. Müsabiqədə 84 ölkədən təmsilçi iştirak edib. İkinci yeri Venesueladan olan iştirakçı, üçüncü yeri isə Dominikan Respublikasından olan iddiaçı tutub.