Koreya ədəbiyyatı üzrə müsabiqənin qalibləri mükafatlandırılıb

Koreya ədəbiyyatı üzrə müsabiqənin qalibləri mükafatlandırılıb Azərbaycan Dillər Universitetindəki (ADU) Koreya Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Koreya Ədəbiyyatı Tərcümə İnstitutunun təşkilati dəstəyi ilə “Koreya ədəbiyyatı üzrə ədəbi icmal müsabiqəsi” keçirilib.
Oxucular Koreya dilindən Azərbaycan dilinə tərcümə olunmuş “Vegetarian” (Han Kanq), “Məşğul ailə” (Kanq Conq Yon), “Şahzadə Bari” (Hvanq Sok Yonq) əsərləri haqqında fikir və təəssüratlarını yazılı və videoformatda ifadə edərək müsabiqəyə qatılıblar. Müsabiqədə məktəb şagirdləri, tələbələr də daxil olmaqla ümumilikdə 73 nəfər iştirak edib.
Oktyabrın 8-də müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbir ADU-nun Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədovanın çıxışı ilə başlayıb. Daha sonra Koreya Ədəbiyyatı Tərcümə İnstitutunun müsabiqə iştirakçılarına ünvanlanan təbrik videosu nümayiş etdirilib.
Müsabiqədə birinci yeri Aysel Talıbova, ikinci yeri Aydan Həsənova, üçüncü yeri Asya Əliyeva, dördüncü yeri isə Turanə Cəfərova və Nərmin Əliyeva tutub. Qaliblərə mükafat və sertifikatlar təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər