KTMT-nin 3 təlimi Belarusda keçiriləcək

KTMT-nin 3 təlimi Belarusda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dörd hərbi təlimindən üçü Belarus ərazisində keçiriləcək.
Bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibinin müavini Pavel Muraveyko deyib.
O bildirib ki, sentyabrda Belarusda KTMT hərbi qüvvələrinin qarşılıqlı fəaliyyətinə dair təlimlər təşkil olunacaq. Eyni zamanda kəşfiyyat və arxa cəbhə təlimlərinin də baş tutacağı gözlənilir.
Qeyd edək ki, bu il KTMT-yə Belarus sədrlik edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər