Səudiyyə Ərəbistanının Dəməşq qarşısında əsas şərti İranla bağlıdır

Səudiyyə Ərəbistanının Dəməşq qarşısında əsas şərti İranla bağlıdır Səudiyyə Ərəbistanı bir neçə ilkin şərti yerinə yetirəcəyi təqdirdə Suriya hökuməti ilə münasibətləri bərpa etməyə hazırdır.
İkitərəfli münasibətlərin normallaşması məqsədi ilə Dəməşqə altı bənddən ibarət sənəd təqdim olunub.
Lakin tələblərdən üçü daha vacib şərt kimi irəli sürülüb. Bunlar sərhəd nəzarətini gücləndirmək, Suriya ordusu tərəfində döyüşən iranyönümlü hərbi qüvvələrin fəaliyyətinə xitam vermək, İranın investisiya layihələrini Suriya ərazisinə buraxmamaqdır.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2011-ci ildən etibarən Suriyadan səfirini geri çağırıb, Dəməşqə qarşı həyata keçirilən iqtisadi boykot kampaniyalarında fəal iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər