Sonuncu şahın oğlu Qərbin İrana təzyiqləri artırmağa çağırır

Sonuncu şahın oğlu Qərbin İrana təzyiqləri artırmağa çağırır Şahzadə Rza Pəhləvi 1979-cu ildə devrilmiş sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin böyük oğludur.
17 yaşından mühacirətdə yaşayan şahzadə Rza Pəhləvi gənc vətəndaş fəalları ilə birlikdə İslam Respublikasına Qarşı Birlik yaradıb. Avropanı gəzərkən o, Euronews-a bildirib ki, Qərbə üç əsas müraciəti var: iranlıların internetə çıxışını saxlamağa kömək etmək, etirazlara maliyyə dəstəyi vermək və İslam İnqilabı Keşikçiləri Korpusunu qadağan etmək.
Rza Pəhləvi: "Rejimə daha çox təzyiq göstərmək, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusuna qarşı sanksiyalar tətbiq etmək və onu terror təşkilatı elan etmək, onun aktivlərinin dondurulmasına imkan verəcək ki, bu, şübhəsiz böyük nailiyyət olacaq. Eyni zamanda, bu, SEPAH sıralarından qaçmağa kömək edəcək. Onlar maaş alırlar, o da yaşamaq üçün kifayət etmir. Onlar işləmək məcburiyyətindədirlər, bu mövqedə nə vaxta qədər ola bilərlər? Yəqin ki, onların çoxunun nə vaxta qədər bu rejimlə qalmaq və xalqa qoşulmamaq istədikləri ilə maraqlanmağın vaxtı çatıb?"
Efi Koutsokosta, Euronews: "İslam Respublikasının süqutunu fərz etsək, hansı rola can atırsınız? Özünüzü bir vaxtlar atanız kimi İranın yeni şahı kimi görürsünüzmü?"
Rza Pəhləvi: "Mən heç bir posta namizəd deyiləm. Bununla belə, ümumi işimizə həmrəylik ruhu gətirmək üçün əldə etdiyim siyasi kapital baxımından mənim rolum çox vacibdir. Biz təsis qurultayı formalaşana qədər, hakimiyyət keçid dövrü üçün nəzərdə tutulacaq. Bu, xalq nümayəndələrinin bütün lazımi qərarları qəbul etməsi üçün yeganə vasitə olacaq.Yeni konstitusiyanın müzakirəsindən sonra gələcək sistem referendumla müəyyənləşəcək".
Euronews: "Deyilənə görə, keçmişdə İranın fövqəldövlət olmasından qorxan Qərb ölkələri atanızı taxt-tacdan devirdilər. Bu fikri bölüşürsünüzmü?"
Rza Pəhləvi: "Biz daxili nöqteyi-nəzərimizdən bir şeyi bilirik ki, İran Cənubi Koreya ola bilərdi, amma əvəzində Şimali Koreya oldu. İnkişaf irəliyə yox, geriyə getdi. Bu sabitliyə kömək edirmi ? Xeyr. Bu zəiflikdirmi? İran daha çox təhlükəsizlik və ya iqtisadi marağa töhfə verən , yoxsa əslində əksinə ? Hər şey onu göstərir ki, bu nəzəriyyə doğrudursa, xalis nəticə qazanc yox, zərər olacaq”.
Euronews: "Bu o deməkdirmi ki, Qərb indi İran və Rusiya arasında artan hərbi əməkdaşlıqdan narahat olmalıdır?"
Rza Pəhləvi: "Bu, göz qabağındadır. Nə vaxt ki, zəifliyinə görə özünü regionda digər qüvvələrin sərəncamına verməyə hazır olan bir rejim varsa, o, böyük təhlükə yarada bilər. İranın Rusiya ilə hazırkı əməkdaşlığı. Rejimin bu oyunda sağ qalması üçün Rusiyanın dəstəyinə arxalanmağa çalışdığının və Rusiyanın hazırda, məsələn, Ukraynada etdiyi işlərə töhfə verdiyinin açıq əlamətidir”.

Tehsil-press.az


Oxşar xəbərlər