“Müasir iqtisadi reallıqlarda Azərbaycanda karyera” – təlim

“Müasir iqtisadi reallıqlarda Azərbaycanda karyera” – təlim Peşəkar idarəçi və təlimçi Fəxri Ağayev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri ilə görüşüb.
“Müasir iqtisadi reallıqlarda Azərbaycanda karyera” mövzusunda keçirilən görüşdə təlimçi tərəfindən tələbələrə qlobal və regional iqtisadi tendensiyalar, iqtisadi çağırışlar, eləcə də krizləri fürsətə çevirmə metodları haqqında geniş məlumat verilib. Təlim zamanı kadr potensialı üçün önəmli olan məsələlərin, o cümlədən rəqabətədavamlılığın təmini, rəqəmsal vərdişlərin inkişafı, transformasiya zamanı yaranan imkanların dəyərləndirilməsi və yeni iş yerlərinin formalaşdırılmasının əhəmiyyətinə diqqət çəkilib.
Təlimdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər