İNNAB Karyera Mərkəzinin mütəxəssisləri tələbələrə təlim keçiblər

İNNAB Karyera Mərkəzinin mütəxəssisləri tələbələrə təlim keçiblər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələr üçün İNNAB Karyera Mərkəzinin mütəxəssisləri tərəfindən təlim keçirilib.
Tədbirdə ADNSU-nun Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova təşkil olunan təlimin əhəmiyyətini vurğulayıb.
İNNAB Karyera Mərkəzinin rəhbəri Vüsalə Hüseynova karyera planlaması ilə bağlı tələbələrə ətraflı məlumat verib. O bildirib ki, bilik və bacarığın artırılması ilə yanaşı, hər bir gənc, hər bir tələbə karyerası ilə bağlı plan qurmalı, konkret inkişaf hədəfi müəyyən etməlidir.
Mərkəzin işə qəbul üzrə mütəxəssisi Nihal Hüseynova, “MS Excel” təlimçi Tunar Süleymanlı çıxışlarında müasir texnologiyalardan yüksək istifadə etmə bacarığından, uğur formulu üçün hər kəsin sevdiyi peşə ilə məşğul olmasının vacibliyindən danışıblar.
Sonra tələbələrin sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər