UNEC kollektivi Novruz bayramını “Qocalar evi”ndə qeyd edib

UNEC kollektivi Novruz bayramını “Qocalar evi”ndə qeyd edib Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) kollektivi Novruz bayramı münasibətilə Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri üçün pansionatın ahıl sakinləri ilə görüşüblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, UNEC-in departament direktoru dosent Gülnarə Rzayeva, Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı Novruz bayramı münasibətilə pansionatın sakinlərini təbrik ediblər.
UNEC Kitabxana İnformasiya Mərkəzi və Tələbə Həmkarları İttifaqı Təşkilatının Novruz bayramının ənənəvi “papaq atmaq” adətinə uyğun olaraq həyata keçirdiyi “KitabAt” layihəsi çərçivəsində ahıllara kitablar hədiyyə olunub. Sakinlər “KitabAt” layihəsini maraqla qarşılayaraq sevinclərini ifadə ediblər.
Görüşdə universitetin Yaradıcılıq Mərkəzinin üzvləri pansionat sakinləri qarşısında musiqi və rəqslərlə çıxış ediblər. UNEC kollektivi ahıllarla rəqs edərək unudulmaz anlar yaşayıblar.

Tehsil-press.az



Oxşar xəbərlər