UNEC tələbələri Novruz bayramı münasibətilə Cocuq Mərcanlı sakinlərinə kitab paylayıblar

UNEC tələbələri Novruz bayramı münasibətilə Cocuq Mərcanlı sakinlərinə kitab paylayıblar Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ənənəvi olaraq hər Novruz bayramında həyata keçirdiyi “Kitab at!” layihəsini bu il də davam etdirir.
Ölkəmizdə mütaliə mədəniyyətini inkişaf etdirmək, qədim ənənələrə söykənən Novruzda kitab oxumaq vərdişini gündəmə gətirmək məqsədi daşıyan “Kitab at!” layihəsi çərçivəsində UNEC-in tələbələrinin topladığı kitablar bayram sovqatı kimi evlərə paylanılır.
UNEC-in dəstəyi, “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihəyə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində start verilib. UNEC tələbələri öncə Cocuq Mərcanlının girəcəyində Aprel şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Sonra UNEC-in nümayəndə heyəti Cocuq Mərcanlı kəndində yerləşən tam orta məktəbdə qeyd olunan Novruz şənliyinə qatılıblar. Məktəbdə 24 ildən sonra ilk dəfə qeyd edilən bayram şənliyində çıxış edən UNEC-in rektor köməkçisi Ramil Cabbarov iştirakçılara rektor, professor Ədalət Muradovun təbriklərini çatdırıb. Sonra şagirdlərə və məktəbin kitabxanasına kitablar hədiyyə olunub. Məktəbin direktoru Zamin Həziyev göstərdikləri diqqətə görə UNEC-in kollektivinə təşəkkür edib, “Kitab at!” layihəsini özündə mütərəqqi ideyalar daşıyan bir aksiya kimi yüksək dəyərləndirib.
UNEC tələbələri Cocuq Mərcanlıda uşaq ədəbiyyatı, şeir və romandan ibarət 30 adda 100 yeni kitabı evlərə paylayıblar.
Layihə bayram günlərində davam edəcək. Tələbələr beş min bədii ədəbiyyat nümunəsini Bakı, Sumqayıt, Gəncə və Şəmkir sakinlərinə bağışlayacaqlar.

UNEC-in Mətbuat Xidməti


UNEC tələbələri Novruz bayramı münasibətilə Cocuq Mərcanlı sakinlərinə kitab paylayıblarUNEC tələbələri Novruz bayramı münasibətilə Cocuq Mərcanlı sakinlərinə kitab paylayıblar
UNEC tələbələri Novruz bayramı münasibətilə Cocuq Mərcanlı sakinlərinə kitab paylayıblar
UNEC tələbələri Novruz bayramı münasibətilə Cocuq Mərcanlı sakinlərinə kitab paylayıblar
UNEC tələbələri Novruz bayramı münasibətilə Cocuq Mərcanlı sakinlərinə kitab paylayıblar

Oxşar xəbərlər