
Bu il 70 illik yubileyi qeyd olunan UNEC-in rəssamı Arif Bektaşinin baharı əks etdirən əl işlərindən ibarət rəsm əsərlərinin sərgisi ilə başlayan Novruz şənliyində tələbələrin hazırladıqları bayram xonçaları nümayiş olunub.
Fakültələr arasında keçirilən “Ən yaxşı Novruz xonçası” müsabiqəsində Texnologiya və dizayn fakültəsinin hazırladığı Novruz atributlarını əks etdirən, zövqlə tərtib edilən xonçalar münsiflər tərəfindən yüksək qiymətləndirilib. Qaliblərə sertifikatlar təqdim olunub.
Novruz şənliyində UNEC-in Yaradıcılıq Mərkəzinin üzvləri rəngarəng musiqi və rəqs nömrələri ilə çıxış ediblər.
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
UNEC-in Mətbuat Xidməti



