
Bu barədə Ukraynanınb Baş naziri Denis Şmıqal sosial şəbəkədə yazıb.
“Yeddilik ölkələrinin maliyyə nazirləri ilə yaz görüşlərində aparılan danışıqların nəticələrinə görə, biz Ukraynaya 5 milyard dollardan çox əlavə dəstək alacağımıza dair təminat aldıq”, - Şmıqal qeyd edib.
Onun sözlərinə görə, Kiyev Paris, London və Berlindən yardım paketlərini razılaşdıra bilib. Baş nazir Ukrayna tərəfinə maliyyə yardımının verilmə müddətini açıqlamayıb.
Tehsil-press.az