Kılıçdaroğlu ilə bağlı dövlət raportu: Ermənidir?

Kılıçdaroğlu ilə bağlı dövlət raportu: Ermənidir? Türkiyə müxalifətinin ("Altılı masa"+HDP) 14 mayda keçiriləcək prezident seçkilərində namizədi Kamal Kılıçdaroğlunun Yeni İpək Yolu ilə bağlı Azərbaycandan yan keçən, Zəngəzur dəhlizinə qarşı olan bir xəritənin tərəfdarı kimi çıxış etməsi və prezident olacağı təqdirdə bu layihəni dəstəkləyəcəyi sosial şəbəkələrin Azərbaycan seqmentində onun milli kimliyi ilə bağlı müzakirələri aktivləşdirib.
Hazırda türkiyəli siyasətçi, 1994-2017-ci illərdə Ankara Böyük Şəhər Bələdiyyəsinin başçısı olmuş, iş adamı və media qurumu sahibi olan AKP-çi Melih Gökçəyin 3 il öncə qatıldığı "A Haber" kanalının "Deşifrə" proqramındakı açıqlaması paylaşılmaqdadır.
Melih Gökçək bildirir ki, 1998-ci ildə Kamal Kılıçdaroğlu ilə bağlı Baş Nazirliyin Təftiş Qurumunun dövlət raportu hazırlanıb. Raportda bildirilib:
"1948-ci il doğumludur, atasının adı Kamer, anasının adı Yamoşdur. Erməni kökənli olduğu ifadə edilməkdədir. Əsl soyadı Karabulutlu olub, 1966-cı ildə "Kılıçdaroğlu" olaraq dəyişdirmişdir. Karabulud sülaləsi Kureyşan əşirətindən olub, Dersim üsyanlarının öndəri olmuşdur (Dersim üsyanı 1937-1938-ci illərdə Dersimdə, mərkəzi türk hökuməti ilə bəzi Dersim tayfaları arasında bölgənin hakimiyyəti ilə əlaqədar mübahisələr nəticəsində baş verən hadisələr. Dersimdə (Tunceli, Ərzincan, Elazığ, Sivas, Malatya və Bingöl illərinin bir hissəsi) qəbilə üsyanı nəticəsində mütləq dövlət hakimiyyətini təmin etmək üçün Türk Silahlı Qüvvələri tərəfindən tayfalara qarşı əməliyyat təşkil edildi - red.).
Kamal Kılıçdaroğlu 1992-98-ci illərdə 10 minə yaxın adamı SSK-ya (Sosial Sığorta Qurumu, 1992-98-də Kamal Kılıçdaroğlu bu qurumun rəhbəri olub) məmur olaraq təyin etmişdir, bu adamların əksəriyyəti Tunceli, Ərzincan, Elazığ, Sivas doğumlu olub, kürd ələviləridir. İşə alınanlardan 100-ə qədəri PKK və digər terror təşkilatlarının üzvləri olub, qurumu bölücü təşkilatların yuvası halına gətirib.
Kamal Kılıçdaroğlu kürdçü və bölücü təşkilatlarla əlaqələri olan şəxsləri vəzifələrə təyin etmiş, bu şəxslərin hamisi olaraq bölgə valilərinin tələblərinə qarşı çıxmış, bölücülərin o bölgələrdəki fəaliyyətinə zəmin hazırlamışdır.
Uğrunda minlərlə şəhid verdiyimiz ölkəmizin bölünməz bütövlüyünü hədəf alan, kürdçülük, məzhəbçilik və bölücülük fəaliyyətlərini davam etdirən Kamal Kılıçdaroğlu üçün artıq tədbir alınması zamanının gəldiyinə, bunun gerçəkləşdiriləcəyinə inamımız tamdır".
Qeyd edək ki, Kamal Kılıçdaroğlu illər öncə anasının erməni olduğunu təkzib etmişdi və bildirmişdi ki, anası erməni olsaydı, açıqca deyərdi, çünki bunda bir qüsur görmür.

Tehsil-press.az


Oxşar xəbərlər