
Dəmirtaş məktubunda maraqlı siyasi məqamlara toxunub.
Hazırda həbsdə olan Dəmirtaşın sözlərinə görə, əgər HDP Akşenerə dəstək vermək qərarına gəlsə, böyük ehtimalla Kılıçdaroğlu Prezident, xanım siyasətçi isə vitse-prezident olacaq:
"Bundan başqa, partiyanız bir neçə nazir vəzifəsini öhdəsinə götürəcək".
Qeyd edək ki, Türkiyə müxalifəti martın 6-sı ölkədə mayın 14-ü keçiriləcək Prezident seçkilərinə vahid namizədini açıqlayıb. Belə ki, “altılı masa”nın prezidentliyə namizədi CHP lideri Kamal Kılıçdaroğlu olub.
Tehsil-press.az