Ərdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat çəkdi

Ərdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat çəkdi Türkiyə prezidentinin iqtidar və müxalifət partiyalarının sədrləri ilə görüşü başa çatıb.

"Anadolu" xatırladır ki, Beştəpədəki prezident iqamətgahında keçirilən görüşdə Ədalət və İnkişaf Partiyasının sdəri, baş nazir Binəli Yıldırım, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı iştirak edib.
Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri görüşə qatılmayıblar.
Görüşdə məqsəd CHP və MHP sədrlərinə dövlət çevrilişi cəhdi ilə bağlı nümayiş etdirdiyi mövqelərinə görə təşəkkür etmək və təkliflərini dinləmək olub.
Görüş 2 saat 40 dəqiqə çəkib.
CHP-nin yaydığı açıqlamada görüşün gələcəkdə Türkiyədə normal siyasətin aparılması və qarşıda atılacaq addımlar baxımından faydalı olduğu bildirilib.
Bu, Ərdoğanın Türkiyə prezidenti seçildikdən sonra müxalifət liderlərinin Beştəpədəki iqamətgahda ilk dəfə qəbulu, eyni zamanda üç partiyanın bir araya gəlməsidir.

* * *15:57
Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müxalifət liderləri ilə görüşü başlayıb.
“Hürriyet”in verdiyi xəbərə, bu gün R. T. Ərdoğanın dəvəti ilə ana müxalifət – Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli paytaxtın Beştəpə məhəlləsindəki prezident sarayına gediblər. Bu, prezident Ərdoğanın öz sarayında iki müxalifət lideri ilə ilk birgə görüşüdür.
Görüşdə Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, baş nazir Binəli Yıldırım da iştirak edir.


Ərdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat çəkdiƏrdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat çəkdiƏrdoğanın müxalifət liderləri ilə görüşü 2,4 saat çəkdi

Tehsil-press.az

Oxşar xəbərlər