
AzTU (Azərbaycan) və YKSUG (Belarus) tələbələrdən ibarət basketbol komandaları arasında keçirilən oyunda AzTU komandası 81-61 hesabı ilə Belarus təmsilçilərinə qalib gəlib. Oyun müddətində AzTU-nun basketbol komandasının rəqibdən üstün olması komandamızın fan-klubunun üzvlərinin dəstəyi və alqışları ilə müşayiət olunub.
Turnirin oyunlarını federasiyanın rəsmi yutub kanalından izləyə bilərsiniz.
Qeyd edək ki, beynəlxalq basketbol turnirinin final görüşü mayın 15-i saat 14:30-da keçiriləcək və “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Tehsil-press.az