AzTU-nun basketbol komandasının növbəti qələbəsi

AzTU-nun basketbol komandasının növbəti qələbəsi Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetinin (AzTU) İdman sarayında keçirilən Basketbol üzrə Tələbə Liqasının oyunları davam edir.
Liqanın 5-ci turunda Texniki Universitetin komandası Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandası ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində davam edən oyun 84:51 hesabı ilə AzTU komandasının xeyrinə yekunlaşıb.
Qeyd edək ki, liqanın oyunlarında AzTU, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, ADNSU, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Mühəndislik Universiteti və Xəzər Universitetinin komandaları iştirak edir.

Tehsil-press.az



Oxşar xəbərlər