ADNSU-nun basketbol komandası respublika turnirində finala çıxıb

ADNSU-nun basketbol komandası respublika turnirində finala çıxıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) basketbol komandası Azərbaycan Basketbol Federasiyasının Kuboku uğrunda Respublika turnirində finala çıxaraq II yerə layiq görülüb.
Mayın 12-dən start götürən yarışa 4 qrup və hər qrupda 6 komanda qatılıb. Gərgin mübarizə şəraitində keçən yarışda ADNSU qrupda 1-ci yer tutmaqla növbəti pley-off mərhələsinə vəsiqə qazanıb. 1/4 final mərhələsində isə rəqibini məğlub edən komandamız finala yüksəlib. Finalda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası ilə qarşılaşaraq minimal hesabla rəqibinə məğlub olub.
Qeyd edək ki, Təhsil Nazirliyinin Azərbaycan Basketbol Federasiyası ilə birgə ali məktəblər arasında keçirdiyi basketbol çempionatında 24 oğlan, 5 qızdan ibarət olmaqla, 29 komanda (24 universitet) iştirak edib.

Tehsil-press.az


Oxşar xəbərlər