Rektor ADNSU-nun basketbol komandası ilə görüşüb

Rektor ADNSU-nun basketbol komandası ilə görüşüb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru professor Mustafa Babanlı universitetin basketbol komandası ilə görüşüb.
Azərbaycan Basketbol Federasiyasının kuboku uğrunda keçirilən respublika turnirində II yer tutan ADNSU-nun basketbol komandasını təbrik edən rektor bu uğuru yüksək qiymətləndirib. Universitetdə tələbələrin yüksəkkeyfiyyətli təhsil almaları ilə yanaşı, həm də idman və digər yarışlarda iştirakını təmin etmək üçün hər cür şəraitin olduğunu deyən M.Babanlı basketbol komandasının qələbəsini son illərdə universitetin idman həyatında baş verən böyük nailiyyət hesab edib. Rektor əlavə edib ki, komandanın daha böyük uğurlar əldə etməsi üçün universitet hər bir dəstəyi göstərəcək.
Xatırladaq ki, Təhsil Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının ali məktəblər arasında birgə təşkil etdiyi basketbol çempionatında ADNSU-nun basketbol komandası 24 komanda arasından finala çıxaraq II yeri tutub.

Tehsil-press.az


Oxşar xəbərlər