Bu ölkə Kalininqradın adını fərqli istifadə edəcək

Bu ölkə Kalininqradın adını fərqli istifadə edəcək Latviya Dövlət Dil Mərkəzi Baltik dənizi sahilində yerləşən Rusiyanın Kalininqrad şəhərinin adının “Karalauçi” və ya “Köniqsberq” tarixi adları kimi istifadə edilməsinə qərar verib.
Latviya İctimai Yayımının xəbərlərində “Əlvida Kalininqrad, xoş gəlmisiniz Köniqsberq” başlığı istifadə olunub.
Polşa və Litva sərhədində yerləşən Rusiya ərazisi Kalininqrad polyak dilində Kroleviec, Litva dilində Karaliaucius, latışca Karalauci kimi tanınır. Sözügedən bölgə Almaniya tarixində isə Köniqsberq kimi adlanır.
“Polşa Respublikasından kənar Coğrafi Adların Standartlaşdırılması Komitəsi” də mayın 9-dan etibarən Kalininqradın adını Kroleviec kimi istifadə etmək qərarına gəlib.
Baltikyanı mətbuatda yer alan xəbərə görə, Litvanın da analoji addım atacağı gözlənilir.

Tehsil-press.az


Oxşar xəbərlər