Tramp Polşaya gəldi

Tramp Polşaya gəldi ABŞ prezidenti Donald Tramp Polşaya səfərə gəlib.
Təhsil-press.az-ın verdiyi xəbərə görə, səfərlə bağlı rəsmi tədbirlərə bu gün start veriləcək.
İyunun 7-də D.Tramp Polşa rəsmiləri ilə görüşəcək. Əvvəl ABŞ dövlət başçısı və Polşa prezidenti Ancey Duda arasında təkbətək, sonra isə geniş tərkibdə görüş keçiriləcək.
Daha sonra D.Tramp Mərkəzi Avropa, Baltikyanı və Balkan ölkələrinin başçılarının qatılacağı “Üç dəniz ölkələri” sammitində iştirak edəcək.
Sonda ABŞ prezidenti Polşa paytaxtının Krasinski meydanında “Varşava Üsyanı” abidəsinin önündə nitq söyləyəcək.

Təhsil-press.az

Oxşar xəbərlər