Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş kitab: Sitatlar və kəlamlar

Ulu Öndərin 100 illik yubileyinə həsr edilmiş kitab: Sitatlar və kəlamlar Azərbaycan Dillər Universitetində “Heydər Əliyev 100 - Sitatlar və kəlamlar” kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edənlər kitabın önəmindən söz açıblar. Qeyd edilib ki, kitabda yer alan müdrik kəlamlar Azərbaycan gənclərinə nümunə olacaq Ümummilli Lider Heydər Əliyevin adının əbədiləşdirilməsinə xidmət edəcək. Azərbaycan və alman dillərində nəşr olunan kitab ölkəmizin tarixi və mədəniyyəti haqqında daha çox öyrənmək istəyən tələbələr üçün nəzərdə tutulub. Kitabda 300-ə yaxın sitat Azərbaycan və alman dillərində 14 mövzu altında cəmlənib. Sitatların mövzular üzrə qruplaşdırılması işin yeniliyidir. Nəşrin məqsədi gənc nəsli Heydər Əliyev siyasəti, fəlsəfəsi, şəxsiyyəti ilə daha yaxından tanış etməkdir.
Qeyd edək ki, kitabın elmi redaktoru Gülbəniz Nəcəfova, redaktorları ILEC dil mərkəzinin rəhbəri İradə Quliyeva, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) ADU-dakı rəhbəri Mara Liza Gezer, ADRA-nın tələbəsi Şəms Əsgərlidir.

Tehsil-press.az




Oxşar xəbərlər