Turizm və Menecment Universitetində Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Turizm və Menecment Universitetində Ümummilli Liderin anadan olmasının 99-cu ildönümü qeyd edilib Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir keçirilib.
Tədbirdə çıxış edən ATMU-nun rektoru İlham Mədətov müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin elm, təhsil, mədəniyyət sahələrinin dinamik inkişafındakı misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndər tərəfindən 1993-2003-cü illərdə əsası qoyulan genişmiqyaslı islahatların Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Rektor qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdə ən düzgün çıxış yolu tapan müdrik rəhbər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan söz açıb. O, həmçinin demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində dahi şəxsiyyətin tarixi xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs edib.
ATMU-nun Heydər Əliyev lektoriyasının rəhbəri professor Məhərrəm Zülfüqarlı Ümummilli Liderin xalqı və dövləti üçün gördüyü işlərdən, ölkəmizin beynəlxalq aləmdə söz sahibinə çevrilməsində yorulmaz fəaliyyətindən söz açıb, müasir müstəqil Azərbaycanı Ulu Öndərin şah əsəri adlandırıb. O, fenomen şəxsiyyətin mükəmməl idarəetmə bacarığına malik olduğunu, xalqın və dövlətin problemlərinə həssaslıqla yanaşdığını bildirib.
Tədbirdə universitetin elm və inkişaf məsələləri üzrə prorektoru professor İranə Əliyeva görkəmli dövlət xadimi Heydər Əliyevin 99-cu ildönümünə həsr olunan “Xalq öz dili ilə yaranır” kitabını təqdim edib. Rus və ingilis dillərində çap olunan kitabda Ulu Öndərin dəyərli ifadələri yer alıb.
Kitabın elmi redaktoru ATMU-nun Dillər kafedrasının dosenti Ağaverdi Xəlilov, Biznes idarəçiliyi fakültəsinin dekanı dosent Vüqar Nəzərov Ümummilli Liderin çoxşaxəli həyat və fəaliyyətindən bəhs edib, dahi şəxsiyyətin xatirəsinin hər zaman qəlblərdə və hafizələrdə yaşayacağını bildiriblər.

Tehsil-press.az


Oxşar xəbərlər